İnsanlara hürriyət, millətlərə istiqlal!

Naqif Həmzəyevin zəlzələ həyəcanı: “Binalar 5 mərtəbədən yüksək olmamalıdır”

Deputat Naqif Həmzəyev Milli Məclisin iclasındakı çıxışında qardaş Türkiyədəki dəhşətli zəlzələnin fəlakətli nəticələrindən bəhs etdi. Bildirdi ki, bu nəticələr Azərbaycanda da ehtiyat tədbirlərini görməyi zəruri edir.

N.Həmzəyev ölkəmizin seysmik zonada yerləşməsindən bəhs edərkən seçildiyi dairədən də danışdı: “Gəncə seysmik ərazidə yerləşir. Ona görə də Gəncədə binalar və xəstəxanalar mütləq müvafiq seysmoloji tələbələr əsasında tikilməlidir. Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Hələb zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olmuşdu və Göygöl yaranmışdı. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır”.

Deputat dedi ki, Gəncədə də çoxmərtəbəli binalar tikilir və bu, narahatlıq doğurur: “Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Binalardakı mənzillər tam təmirli vəziyyətdə sakinlərə təhvil verməlidir. Əhalinin həyatı təhlükəyə atılmalı deyil”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR