İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nalci” qasırğası Filippində 121 nəfərin ölümünə səbəb olub

Oktyabrın son günlərində Filippində tüğyan edən “Nalci” tropik qasırğası 3,18 milyondan çox insana təsir edib.

AZƏRTAC xəbər verir ki, Filippin hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində 121 nəfər həlak olub, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 36 nəfər itkin düşüb. Təhlükəli rayonlardan təxliyə edilən 869 min nəfər müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.

Qasırğa 9 mindən çox binaya zərər vurub, 2 mindən çox evi və 121 körpünü dağıdıb. Ölkənin 297 şəhərində elektrik enerjisi təchizatında fasilələr qeydə alınıb, 41 bələdiyyənin rabitə, 12 bələdiyyənin isə su təchizatında problemlər yaranıb.

Təbii fəlakətin 141 infrastruktur obyektinə vurduğu zərər 896,8 milyon peso (15,4 milyon dollar), kənd təsərrüfatına vurduğu zərər isə 1,28 milyard peso (21,99 milyon dollar) dəyərində qiymətləndirilir. Hökumət zərərin aradan qaldırılması üçün ilkin olaraq 71,59 milyon peso (1,22 milyon dollar) ayırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR