İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadhim Zahavi vəzifəsindən kənarlaşdırılıb

Nadhim Zahavi Mühafizəkarlar partiyasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Musavat.com APA-nın London bürosuna istinadən xəbər verir ki, buna səbəb onun maliyyə naziri olduğu müddətdə milyonlarla funt-sterlinq dəyərində vergi borcu olması, bunu həll etmək üçün cərimə ödəməsinin ortaya çıxması olub.

Baş nazir Rişi Sunak Nadhim Zahaviyə yazdığı məktubda Nazirlər Məcəlləsinin qaydalarının ciddi şəkildə pozulmasının aydın olduğunu söyləyib. Zahavinin 30% gecikmə cəriməsi də daxil olmaqla təxminən 4,8 milyon funt sterlinq dəyərində vergi borcu ödədəyi bildirilir.

Aytən Abbaslı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR