İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanma zəlzələsində ölü sayı kəskin artdı

Martın 28-də Myanmada baş verən zəlzələdə həlak olanların sayı 694-ə yüksəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, daha 1670 nəfər yaralanıb, 68 nəfər itkin düşüb.

Bundan əvvəl 144 nəfərin öldüyü bildirilirdi. Son 24 saat ərzində Myanmada baş verən zəlzələdən sonra çoxsaylı zəlzələlər qeydə alınıb. Ölkə hakimiyyəti altı regionda fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, martın 28-də səhər saatlarında Myanmada 7,7 bal gücündə zəlzələ baş verib.Təkanlar Tailand, Banqladeş, Laos, Çin və Hindistanda hiss olunub. Tailandda azı 10 nəfər ölüb, 16 nəfər yaralanıb, 100-dən çox insan itkin düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR