İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət Sinirlioğlu ilə görüşdən niyə imtina edib?

Milli Hərəkat: “ATƏT-in baş katibi kaş gəlməyəydi...”

ATƏT-in baş katibi Feridun Sinirlioğlu  Tiflisə ikigünlük səfərində bəzi müxalifət partiyalarının nümayəndələri ilə görüşüb. Musavat.com ekhokavkaza.com-a istinadən xəbər verir ki, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərinin monitorinqini aparıb. Hakimiyyət ATƏT müşahidəçilərinin gəldiyi nəticəyə istinad edərək, seçkilərin nəticələrinin legitim olduğunu iddia edir.

“İrakli Kobaxidze ATƏT/DTİHB tövsiyələrini yerinə yetirmək üçün heç bir öhdəlik götürməyib”, - deyə  müxalifət liderlərindən biri Salome Samadaşvili Feridun Sinirlioğlu ilə görüşdən sonra jurnalistlərə bildirib. Gürcüstan Naminə Qaxariya və Milli Hərəkat partiyalarının üzvləri baş katiblə görüşü  Rondeli Fondunun binasında baş tutub. Milli Hərəkat bu görüşdən  əvvəl bəyan etmişdi ki, ATƏT-in baş katibi gəlməsəydi, daha yaxşı olardı. Çünki o, gəlişi ilə  “Gürcü arzusu”na təbliğat gücləndirmək üçün stimul verib. Bu səbəbdən, eləcə də ATƏT-in baş katibinin xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra verdiyi “neytral, aidiyyəti olmayan” bəyanatları  müxalifət partiyası “Axali”ni qəzəbləndirub və bu səbəbdən  onunla görüşdən imtina edib.Sonradan məlum olub ki, Feridun Sinirlioğlu Gürcüstan Naminə Qaxariya partiyasının üzvləri ilə ayrı-ayrılıqda görüşüb. Onun nümayəndəsi Anna Buçukuri görüşdə hansı məsələlərin qaldırıldığını bildirib.

"ATƏT-in baş katibinin səfəri regional xarakter daşıyır, o, bunu bizə təsdiqlədi. O, təkcə Gürcüstana səfər etmir. Səfər təhlükəsizlik kontekstinə də toxunur. Bizim tərəfimizdən siyasi məhbusların işi gündəmə gətirildi.  Təbii ki, seçkilərlə bağlı da söhbət gedirdi", - Buçukuri deyib.

Ekran şəkli 2025-04-27 115150.jpg (33 KB)

Salome Samadaşvili jurnalistlərə bildirib ki, Feridun Sinirlioğlu ilə  İrakli Kobaxidzenin görüşündə Gürcüstanın baş naziri ATƏT/DTİHB-nin tövsiyələrinin yerinə yetiriləcəyinə söz verməyib. “Xarici işlər naziri Maka Boçorişvili baş katibin müxalifətlə görüşməyəcəyi iddiası da daxil olmaqla çox yalan danışıb.  O, həmçinin hökumətin ATƏT/DTİHB tövsiyələrini yerinə yetirmək öhdəliyi götürdüyü barədə dedikləri də yalandır. Bizdə olan məlumata görə, Kobaxidze öz üzərinə belə öhdəliklər götürməyib. Ona görə də biz təklif edirik ki,  ATƏT hansı tövsiyələr yerinə yetirilib, hansılar yerinə yetirilməyib barədə ilkin qiymətləndirməyə başlasın ”  - Salome Samadaşvili bildirib.

“Birlik – Milli Hərəkat” koalisiyasından olan Avropa Gürcüstanının lideri, ATƏT Parlament Assambleyasının keçmiş sədri Qiqi Tsereteli də  deyib ki,  Gürcüstanın bir dövlət kimi öhdəlikləri var ki, bunlar arasında ilk növbədə azad və ədalətli seçkilər, insan haqları və demokratiya var. “Bu gün Gürcüstanda baş verənlər, əlbəttə ki, bu prinsiplərə tamamilə ziddir” deyə, o bildirib.

Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR