Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət Xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.
Onlayn ictimai-siyasi qəzet
Krımın rəhbəri Sergey Aksenov Azərbaycanın Qarabağ bölgəsində sökülən erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, o, hadisəni pisləyərək bunu “abidələrə qarşı müharibə” adlandırıb və baş verənlərin Ukrayna ssenarisini xatırlatdığını bildirib.
“İvan Konstantinoviç — bizim soydaşımızdır. Biz dağıdılmış abidəni qəbul etməyə, bərpa etməyə və layiqli bir yerdə yerləşdirməyə hazırıq”, – deyə Aksenov Telegram hesabında qeyd edib.
Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət Xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ