İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə əməliyyata gedib ölən şəxs GÖRÜN KİM İMİŞ - FOTO

Türkiyədə saç əkimi əməliyyatı edilən britaniyalı xəstə əməliyyatdan sonra pisləşərək dünyasını dəyişib.

Musavat.com Daily Mail-ə istinadən xəbər verir ki, 38 yaşlı kişi İstanbula gedib və bazar ertəsi şəhərin Beşiktaş məhəlləsindəki CİNİK adlı özəl klinikada estetik əməliyyat etdirib.

Beş saat davam edən əməliyyatdan qısa müddət sonra onun vəziyyəti pisləşib və müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.

İngilis turistin cəsədi yarılma üçün Ədliyyə Tibb İnstitutuna aparılıb və polis onun ölümünü "ehtiyatsızlıqdan adam öldürmə" kimi qiymətləndirərək, hadisə ilə bağlı araşdırma başladıb.

Yerli medianın məlumatına görə, yarılmadan sonra britaniyalının cəsədi Böyük Britaniyaya geri qaytarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR