Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron Qəzzada yaşanan humanitar böhranla bağlı açıqlama verib.
Musavat.com-un məlumatına görə, o bildirib ki, aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzzaya az öncə hava yolu ilə ərzaq yardımı atılıb.
“Kəskin humanitar problemə cavab olaraq, biz az öncə Qəzzaya hava yolu ilə ərzaq yardımının atılmasını həyata keçirdik”,-deyə Makron bildirib.
Makron, əməliyyatda iştirak edən tərəfdaşlara da təşəkkürünü ifadə edib:
“İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya tərəfdaşlarımıza dəstəyə görə təşəkkür edirəm, həmçinin Silahlı Qüvvələrimizə öz fədakarlıqlarına görə minnətdaram”.
Lakin Fransa lideri bununla kifayətlənməyin mümkünsüz olduğunu bildirib və İsrailə çağırış edib:
“Amma humanitar yardımın hava yolu ilə atılması kifayət deyil. İsrail aclıq riskini önləmək üçün tam humanitar giriş təmin etməlidir”.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ