Onlayn ictimai-siyasi qəzet
İsveçrə hakimiyyəti ABŞ-nin 39% idxal rüsumundan şoka düşüb.
Musavat.com “Financial Times” (FT) qəzetinə istinadla xəbər verir ki, İsveçrə parlamentinin deputatı ABŞ-nin bu ölkədən nə istədiyinin aydın olmadığını deyib.
İsveçrə Maliyyə Nazirliyinin sözçüsü Paskal Hollenşteyn bildirib ki, ABŞ may ayından bəri davam edən ikitərəfli danışıqlarda irəliləyişi nəzərə almadığı üçün ölkə "bu tədbirlərdən məyus olub".
İsveçrə hökuməti sosial mediada Vaşinqtonun tətbiq etdiyi əlavə tarifin "birgə bəyanat layihəsindən əhəmiyyətli dərəcədə fərqləndiyini" və Bernin rüsumların azaldılması üçün ABŞ ilə razılığa gəlməyə çalışacağını vurğulayıb.
Bir müddət əvvəl Bloomberg, ABŞ prezidenti Donald Trampın Kanada, Tayvan, İsveçrə və bəzi digər ölkələr üçün ticarət rüsumlarını artırdığını bildirib.
Yeni rüsumların həcminə görə liderlər Laos və Myanma (40%), həmçinin İsveçrə (39%) olub. Ağ Ev rəhbəri Kanadaya 35%, Cənubi Afrikaya 30%, Tayvan və Şri-Lankaya 20%, İsrailə 15%, Venesuelaya 5% rüsumlar tətbiq edib.
Agentliyin məlumatına görə, ABŞ-nin ticarət tərəfdaşları üç qrupa bölünüb. Aprel ayından etibarən qüvvədə olan 10%-lik baza tarifi əksər ölkələr üçün saxlanılıb. Bu, ABŞ-ın idxal etdiyindən daha çox ixrac etdiyi ölkələrə aiddir. ABŞ ilə müqavilə bağlamamış və ya onların xeyrinə əhəmiyyətli ticarət kəsiri olan ölkələr üçün daha yüksək dərəcələr nəzərdə tutulur.
Bundan əvvəl ABŞ Braziliyadan idxal edilən mallara əlavə rüsum tətbiq edib.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ