Onlayn ictimai-siyasi qəzet
28 May-Müstəqillik Günü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirlinin təşəbbüsü və təşkilatçılığı altında cəmiyyətin bir qrup nümayəndəsi milli geyimdə ənənəvi olaraq gəzintiyə çıxıb.
Milli geyimdə gəzinti ideyası artıq 10 ilə yaxındır ki, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri tərəfindən həyata keçirilir. Bu tədbirin keçirilməsində məqsəd cəmiyyətə ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın Müstəqillik bayramının qürurunu milli dəyərlərimizə olan sevgi və sadıqlıyin əməli nümunəsi ilə birgə təbliğini çatdırmaqdır.
İştirakçılarının sayının ilbəil artdığı bu tədbirdə cəmiyyətin müxtəlif seqmentinin nümayəndələri – ziyalılar, həkimlər, şair və jurnalistlər, ali və orta məktəb müəllimləri, TV əməkdaşları, qeyri-hökümət təşkilatları nümayəndələri, məktəblilər, gənclər və körpə balalar iştirak etmişlər. Tədbirə yalnız Bakı sakinləri deyil, ölkənin regionlarından, eləcə də Tatarıstandan da qatılmışlar. Əllərində xeyli sayda bayraq olan iştirakçılar ətrafdakı balacalara bayraqlar hədiyyə etmişlər. Tədbir ənənəvi olaraq dənizkənarı bulvarda başlamış, şəhərimizin mərkəzi küçələrindən keçərək, tariximizin ruhu yaşayan İçərişəhərdə, Şirvanşahlar sarayında yekunlaşmışdır. Tədbirin keçirilməsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəstək vermişdir. Tədbirin hazırlıq mərhələsi ATV kanalının “Xəbərin olsun” səhər proqramında canlı olaraq yayımlanmış, İctimai TV tədbirin bütün gedişatını lentə almışdır.
Tədbir şəhərimizin sakinləri, həmçinin qonaqları tərəfindən çox maraqla qarşılanmışdır. Sakinlər tədbir iştirakçılarını salamlamış, bayram münasibətilə təbrik etmiş, onlarla şəkil çəkdirmişlər.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ