İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqil jurnalistlər “Moskva danışmır” layihəsini yaratdılar

Rusiyadan olan müstəqil jurnalistlər qrupu “Qovorit Ne Moskva” (Moskva danışmır) layihəsini yaradıblar.

Musavat.com xəbər verir ki, bu, Rusiya bölgələrində vəziyyəti olduğu kimi insanlara çatdırmağı hədəfləyən kanaldır.

Əvvəllər müxalifyönlü “Tomsk TV-2” telekanalına rəhbərlik edən Viktor Muçnik onun baş redaktoru olub. Muçnikin saytı Ukraynada müharibə başlayandan sonra bağlanıb.

Yeni media orqanına hələ də Rusiyanın müxtəlif regionlarında çalışan müstəqil jurnalistlər, həmçinin hakimiyyətin təzyiqi ilə ölkəni tərk etməyə məcbur media mənsubları daxil olub.

Rusiyanın Ukraynada başlatdığı təcavüzkar müharibə başlayandan bəri Müdafiə Nazirliyinin versiyasından fərqli xəbərlər yayan 7 mindən çox sayt, o cümlədən “Azadlıq” radiosu, “Sever.Realii”, “Sibir.Realii”, İdel.Realii” saytları bloklanıb.

Bundan başqa, “Dojd” telekanalı, “Exo Moskvı”, “Meduza”, DOXA, “Mediazona” radiostansiyaları bağlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR