Onlayn ictimai-siyasi qəzet
Türkiyədə kişi musiqi sədaları altında əməliyyat olunub.
Milli.Az xəbər verir ki, Kahramanmaraşda 62 yaşlı Mehmet Ergen bel yırtığı əməliyyatı zamanı sevdiyi arabesk musiqiləri dinləyib.
Əməliyyat Özel Sular Akademi Xəstəxanasında Beyin və Sinir cərrahiyası üzrə mütəxəssis Op. Dr. Zeki Yılmaz tərəfindən aparılıb.
Sürücü işləyən Ergen əməliyyat zamanı musiqi dinləmək istəyib. Tibb heyəti onun istəyini yerinə yetirərək əməliyyatı musiqi sədaları altında ediblər. O, əməliyat zamanı həkimlərlə söhbət də edib.
Onun əməliyyatı uğurlu keçib və hazırda özünü çox yaxşı hiss edir.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ