İnsanlara hürriyət, millətlərə istiqlal!

2 aydan sonra maaşlarını ala bildilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) işçilərinin əməkhaqqları ödənilib.

Bu barədə Musavat.com-a agentlik əməkdaşlarından biri məlumat verib.

Bildirilib ki, Musavat.com saytında işıqlandırıldıqdan sonra problem aradan qaldırılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl AAYDA-nın adının açıqlanmasını istəməyən əməkdaşı saytımıza müaricət edərək agentlik işçilərinin dekabr ayından bəri maaş ala bilmədiklərinə dair məlumat vermişdi.

Şikayətdə qeyd olunmuşdu ki, agentlik dekabr ayının əməkhaqlarını ödəməyib, bu isə işçilərin Yeni il ərəfəsində ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR