Onlayn ictimai-siyasi qəzet
Bəzi Qazaxıstan şirkətləri Rusiyaya qarşı növbəti 16-cı sanksiyalar paketinə daxil edilə bilər.
Musavat.com xəbər verir ki, bunu Astanada jurnalistlərə Avropa Birliyinin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan deyib.
O bildirib ki, hazırda Aİ yeni 16-cı sanksiya paketinin hazırlanması üzərində işləyir: “Ola bilər ki, Qazaxıstan şirkətləri də siyahıya əlavə olunsun, lakin qərar hələ qəbul edilməyib. Bununla bağlı mən konkret olaraq və bir daha vurğulamaq istərdim ki, siyahıya yalnız o şirkətlər əlavə edilib ki, onların barəsində sanksiyaları pozan fəaliyyətlə məşğul olduğuna dair əlimizdə təkzibedilməz sübutlar var”.
Eyni zamanda, O'Sallivan qeyd edib ki, Avropa İttifaqı sanksiyalardan yayınmağa yönəlik sxemlərin qarşısının alınmasında Qazaxıstanla əməkdaşlıqdan məmnundur.
O, həmçinin vurğulayıb ki, Brüssel Qazaxıstanın Rusiyaya qarşı sanksiyalara qoşulmasında israrlı deyil və Astana ilə Moskva arasında ticarət əlaqələrinə qarışmayacaq.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ