İnsanlara hürriyət, millətlərə istiqlal!

Müttəfiqləri ABŞ-dan daha çox qaz almaq planı hazırlayır – Tramp istəyinə nail olur

Prezident Donald Trampın tarifləri artırmaqla bağlı ticarət siyasəti ABŞ-ın tərəfdaşlarını Vaşinqtondan daha çox təbii qaz almağa məcbur edəcək.

Musavat.com xəbər verir ki, bu məlumatla Bloomberg çıxış edib.

Agentlik qeyd edir ki, Hindistan, Küveyt və Yaponiyanın rəsmiləri və enerji şirkətlərinin rəhbərləri ABŞ-dan təbii qazın alışının artırılması ilə bağlı danışıqlar aparır. Həmçinin Cənubi Koreya və Vyetnam ABŞ-da məhsullarına mümkün tarif artımından qaçmaq üçün Amerika enerji məhsullarının idxalını artırmağı nəzərdən keçirir.

Qeyd edək ki, Tramp müttəfiqlər, o cümlədən Aİ ölkələri də daxil olmaqla, heç kimə istisna tanımadan xarici mallara 10 faizə qədər idxal rüsumları tətbiq etmək niyyətindədir. Aİ-dən isə ABŞ neft-qazının alışlarını artırmaqla qarşılıqlı ticarətdəki kəsiri aradan qaldırmağı tələb edib, əks halda, rüsum tətbiq edəcəyini bildirib.

Avropa Komissiyasının sədri Ursula von der Lyayen, Aİ-nin tariflərdən qaçmaq üçün daha çox Amerika maye qazını almağı öhdəliyini nəzərdən keçirdiyini açıqlayıb. Fevralın 24-dək Avropa Komissiyası Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək niyyətindədir. Bildirilir ki, paketdə Rusiya maye qazının alışının qadağan olunması da var. Bu, Avropa ölkələrinin ABŞ-dan daha çox qaz almasına təkan verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR