İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS Məhəmməd Deyfin öldürüldüyünü təsdiqlədi

Fələstinin HƏMAS qruplaşması hərbi komandiri Məhəmməd Deyfin öldüyünü təsdiqlədi. Musavat.com xəbər verir ki, məlumatı, “Əl-Cəzirə” yayıb.

Qeyd edək ki, Məhəmməd Deyf 2023-cü ilin oktyabrında İsrailə hücumun ideya müəllifi və rəhbəri olub. İsrail Deyfin 2024-cü ilin iyul ayında hava hücumu nəticəsində öldürüldüyünü bildirib.

Deyfin ölümünü təsdiqlədikdən sonra HƏMAS-ın Qəssam Briqadalarının sözçüsü Əbu Obaida hərbi komandir müavini Mərvan İsanın və daha bir neçə komandirin də öldüyünü açıqlayıb. İsrail tərəfi İsanın mart ayında öldürüldüyünü açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR