İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Mərkəzi Bankı faizləri endirdi  

Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirilən iclasında üç əsas faiz dərəcəsini 25 baza bəndi endirmək barədə qərar qəbul edib.

Musavat.com tənzimləyicinin bəyanatına istinadən xəbər verir ki, hazırda depozit dərəcəsi 2,75 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 2,9 faiz, marja krediti dərəcəsi isə 3,15 faiz təşkil edir.

Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb. Tənzimləyici bildirir ki, inflyasiya dinamikası ECB-nin gözləntilərinə “geniş şəkildə uyğundur və bu il ərzində göstəricinin 2 faizlik ortamüddətli hədəfə qayıtması gözlənilir".

Eyni zamanda Mərkəzi Bank rəhbərliyi qeyd edib ki, avrozonada inflyasiyanın yüksək səviyyədə qalması, əsasən, iqtisadiyyatın ayrı-ayrı sektorlarında qiymətlərin və əmək haqqının inflyasiyanın əvvəllər müşahidə edilmiş sıçrayışına uyğunlaşması üçün hələ də vaxta ehtiyacı var.

Eyni zamanda əmək haqqının artım tempi gözlənildiyi kimi daha mülayim xarakter alır: "Faiz dərəcələrinin aşağı salınması ev təsərrüfatları və şirkətlər üçün yeni borclanma xərclərini tədricən azaldır. Eyni zamanda maliyyə şərtləri sərt olaraq qalır, o cümlədən pul siyasəti məhdudlaşdırıcı olaraq qalır".

Xatırladaq ki, bir gün əvvəl ABŞ Federal Ehtiyatlar Sistemi ölkədə fazi dərəcəsini dəyişməz saxlamaq barədə qərar qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR