İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaza qədər Avropa anbarlarındakı qaz ehtiyatları 30 faizdən aşağı düşə bilər

Böyük Britaniyanın Shell şirkətinə görə. Avropa anbarlarında qaz ehtiyatları isitmə mövsümünün sonuna kimi 30 faizə və ya daha da aşağı düşəcək.

Musavat.com xəbər verir ki, bu məlumatı şirkətin rəhbəri Vael Savan açıqlayıb.


O, bildirib ki, Avropada hazırda anbarlar 55 faiz civarında doludur və bu, beş illik orta göstərici ilə müqayisədə aşağıdır. Savan əlavə edib ki, isitmə mövsümünün sonunadək ehtiyatlar 30 faizdən də aşağı düşə bilər. Onun sözlərinə görə, Rusiyadan qaz nəqlinin dayandırılması regionda qaza tələbatın artmasına səbəb olacaq.

Şirkət rəhbəri bildirib ki, qışın isti keçməsi, daha yaxşı qaz saxlama şəraiti və qiymət həssaslığı səbəbindən Asiya qaz bazarında vəziyyət Avropadan bir qədər yaxşıdır.

Qeyd edək ki, bu gün axşam hərraclarında Avropada qazın qiyməti 1000 kubmetr üçün 560 dolları ötüb. Hollandiyanın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 568 dollara yüksəlib. Aİ istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından təxminən 47,5 milyard kubmetr qaz götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR