Onlayn ictimai-siyasi qəzet
Astanada silahlı şəxs “Kaspi” bankına hücum edərək 7 nəfəri girov götürüb.
Bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb. Qazaxıstan prokurorluğunun məlumatına görə, xüsusi əməliyyat nəticəsində bütün girovlar azad edilib, cinayətkar isə zərərsizləşdirilərək müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
İdarədən onu da bildiriblər ki, Astanada bank filialının əməkdaşlarını saxlayan silahlı basqınçı Cambıl vilayətində doğulmuş 1993-cü il təvəllüdlü Muradovdur. .
O da qeyd olunur ki, Muradov 2013-cü ildən narkoman kimi qeydiyyatdadır.//Publika.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ