Onlayn ictimai-siyasi qəzet
“2020-ci ildə II Qarabağ müharibəsindən sonra Azərbaycan bir neçə dəfə münaqişənin bitdiyini elan etsə də, Qərb dövlətləri də daxil, bəzi xarici qüvvələr münaqişənin bitmədiyi tezisini gündəmə gətirməyə çalışırdılar. Belə təəssürat yaranırdı ki, bu qüvvələr münaqişənin davam etməsində maraqlıdırlar”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Qərbin Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə yanaşmasını şərh edən Topçubaşov mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov bildirib. R.Hüseynov hesab edir ki, münaqişənin Qərb ölkələrinin iştirakı olmadan Azərbaycanın xeyrinə bitməsi bəzi siyasi çevrələri narahat edir: “Bəzi qüvvələr humanitar faktoru gündəmə gətirərək ermənilərin Qarabağı könülü tərk etməsi məsələsini ortaya ataraq, Azərbaycanı etnik təmizləmədə ittiham edirlər. Belə olan halda Azərbaycan cəmiyyətində ekspertlər haqlı olaraq bəzi suallar verirlər.
İlk növbədə 1990-cı illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilərkən nəyə görə buna adekvat reaksiya verilməmişdi? Azərbaycan Qarabağdan köçmüş bəzi ermənilərin geri qayıdışına şərait yaradacağını bildirib. Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu da dəfələrlə elan edib. Bu proseslərə köməklik etmək əvəzinə, mütəmadi bir tərəfi tənqid etmək ciddi heç nə vəd etmir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ