İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin bitəcəyi vaxt-2022-nin sonu…  

 

Ukraynada müharibənin nə vaxt bitə biləcəyi haqda hətta Kremlə yaxın adamların belə dəqiq təsəvvürü və ya informasiyası yoxdur  

“Prezident Putin xüsusi hərbi əməliyyatın qarşısında duran vəzifələri açıqladı. Bu tapşırıqların yerinə yetirilməsi xüsusi hərbi əməliyyatın başa çatması demək olacaq”, - Kremlin sözçüsü Dmitri Peskov fevralın 24-də başlayan hərbi əməliyyatların  tamamlanmasının mümkün vaxtı ilə bağlı sualın cavabında belə deyib. Rusiya Dövlət Dumasının deputatı, Ramzan Kadırovun ən yaxın adamlarından biri Adam Delimxanov isə “RİA Novosti” agentliyinə müsahibəsində  “döyüş təcrübənizi nəzərə alaraq, Ukraynada xüsusi əməliyyatın ilin sonuna qədər başa çatacağını gözləmək olarmı” sualına “ümid edirik ki, belə olacaq. Bunun daha uzun müddət davam edəcəyini düşünmürəm” deyib.

Bu bəyanatlardan belə aydın olur ki, müharibənin nə vaxt bitə biləcəyi haqda hətta Kremlə yaxın adamların belə dəqiq təsəvvürü və ya informasiyası yoxdur.  

Mk.ru saytı yazır ki, müharibənin ilin sonunadək davam edəcəyi haqda təxminlər təsadüfi deyil. Tanınmış politoloq Vasili Kaşinin “Profil” jurnalında məqaləsində yazır ki, 2022-ci ilin payız-qışı Ukraynanın infrastrukturunun dağıldığı zaman kimi qiymətləndirilə bilər. Yay mövsümündə isə enerji böhranı, yanacaq, qida çatışmazlığı və Ukrayna əhalisinin həyat şəraitinin daha da pisləşməsi başlayacaq. "Bu, qırılma nöqtəsinə çevrilə bilər"  deyə, Vasili Kaşinin bildirib.

“Martın 29-da İstanbulda Ukrayna nümayəndə heyəti ilə son təkbətək görüşdən sonra Moskva rəsmilərinin nikbin bəyanatları Rusiya cəmiyyətində dərin skeptisizmlə qarşılanıb. Və bu skeptisizm tamamilə haqlı idi. Rəsmi Kiyev əldə olunmuş  razılaşmalardan çəkildi. Moskva həqiqətən də Kiyevlə razılaşdırılmış şərtlərlə danışıqlara hazır idi. İndi isə Moskva düşünür ki,  Kiyev nə qədər israr edib müqavimət göstərsə, son nəticədə bir o qədər çox itirəcəklər.  “Son nəticə” isə 2022-ci ilin sonuna təsadüf edə bilər” deyə, məqalədə bildirilir.  

Bu arada isə ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymadığını bildirib.

"Bilirəm ki, çoxları mənim şişirtdiyimi düşünürdü, lakin biz onun (Putin- red.) hücuma keçməyə hazırlaşdığını təsdiqləyən məlumatlara malik idik. Zelenski və bir çox insan isə bunu eşitmək belə istəmirdi”, - deyə o bildirib.

Co Baydenin sözlərinə görə, həmin vaxt həqiqətən Rusiya prezidenti Vladimir Putinin tam miqyaslı işğal planına malik olduğu ehtimalı çox uzaq görünə bilərdi. "Mən ayrı cür düşünənləri başa düşürəm, lakin budur Rusiya artıq içəridədir", -deyə ABŞ prezidenti qeyd edib.

Co Bayden Vladimir Putini Ukraynanın “millət və mədəniyyətini məhv etməyə çalışmaqda” ittiham edərək və Rusiya liderinin Kiyevi “Ana Rusiyanın taxtı” olaraq gördüyünü söyləyib.

Ukrayna liderinin nümayəndəsi Sergey Nikiforov ABŞ-ın ittihamlarına münasibət bildirib.  Onun sözlərinə görə, “eşitmək istəmədi” ifadəsinə aydınlıq gətirilməlidir”. O həmçinin xatırladıb ki, Zelenski qışda Qərb tərəfdaşlarını Rusiyaya qarşı “preventiv sanksiyalar” tətbiq etməyə çağırıb. "Və biz də burada  deyə bilərik ki, tərəfdaşlarımız "bizi eşitmək istəməyiblər",- deyə Nikiforov bildirib.

Orxan ƏLİYEV,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR