Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının rəhbərliyi Rusiyaya qalib gəlmək üçün icma ölkələrini Ukraynada döyüş əməliyyatlarına sürükləməyə çalışır, halbuki Avropa bundan yalnız itkilərə məruz qalır və buna gücü və imkanı yoxdur.
Musavat.com xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetində dərc olunan məqaləsində bildirib.
O, qeyd edib ki, indi avropalılar “sülh, nizam və inkişaf əvəzinə müharibə, miqrasiya və durğunluqla üz-üzədir... Cah-cəlalda yaşayan Brüssel bürokratiyasının son illərdə bir sıra pis siyasi qərarlar qəbul etməsi ilə vəziyyət daha da pisləşib. Avropa getdikcə daha çox qitənin heç nə qazanmadığı, lakin hər şeyi asanlıqla itirə biləcəyi bir müharibəyə cəlb olunur”, - hökumət başçısı qeyd edib.
Onun fikrincə, Aİ-nin Brüsseldəki rəhbərliyi müharibədən söhbət gedəndə heç nəyə təəssüflənmir. “Brüssel bürokratları bu müharibəni istəyirlər, bunu özlərininki hesab edirlər və Rusiyanı məğlub etmək niyyətindədirlər. Avropa vətəndaşlarından pullar daim Ukraynaya axır, sanksiyalar Avropa şirkətlərinə zərbə vurub, inflyasiyanın artmasına gətirib çıxarıb və milyonlarla avropalını dolanışıq vasitələrindən məhrum edib”, – Orban yazıb.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ