Onlayn ictimai-siyasi qəzet
İranın Bane sərhəd bölgəsində 1980-ci illər İran-İraq müharibəsi zamanından qalan mina partlayıb.
Musavat.com xəbər verir ki, partlayış nəticəsində 2 iranlı sərhədçi həlak olub.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kürdüstan vilayətinin Sərhəd Qoşunlarının komandanı Ferec Rüstəmi məsələ ilə bağlı açıqlama verib.
Rüstəmi bildirib ki, Bane sərhəd bölgəsində dünən gecə baş verən mina partlayışında iki sərhədçi həyatını itirib. O, sözügedən minaların İran-İraq müharibəsindən qaldığını və son günlər yağan güclü yağışlar səbəbindən yer dəyişdirdiyini bildirib.
Qeyd edək ki, İran və İraq arasında 1980-ci il sentyabrın 22-də başlayan müharibə 20 avqust 1988-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının hər iki tərəfin qəbul etdiyi 598 saylı qətnaməsi ilə başa çatıb.
Müharibə illərində sərhədlərə qoyulan minalar hələ də hər iki ölkədən çox sayda insanın ölümünə və ya yaralanmasına səbəb olur.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ