İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə DƏHŞƏTLİ hal alır - Ukrayna ordusu sükut içində, Rusiya isə...

Ukrayna ordusunun səhər saatlarında Donetskin cənubundakı cəbhə xəttində 6 mexanikləşdirilmiş və 2 tank batalyonu ilə genişmiqyaslı hücuma keçdiyi açıqlanıb.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun cəbhənin ən həssas bölgəsi kimi gördüyü nöqtəni ələ keçirərək irəliləməyi hədəflədiyini və hücumun dəf edildiyini bildirib.

Rusiya MN məlumatına görə, Ukraynanın Donetskə genişmiqyaslı hücumu nəticəsində 250-dən çox ukraynalı əsgər həlak olub.

Kiyevdən xəbər verən "Al Jazeera" müxbiri Çarlz Stratford bildirib ki, Rusiya ordusunun Ukraynanın hücumunun qarşısını alması ilə bağlı iddiaları təsdiqləmək mümkün deyil. Stratford qeyd edib ki, Ukrayna hakimiyyəti və Ukrayna ordusu son günlər sükut kampaniyası aparır.

"Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojindən isə etiraf kimi açıqlama gəlib.

Priqojin bildirib ki, Baxmut yaxınlığındakı qəsəbə Ukrayna tərəfindən geri alınıb: “İndi Berxivka qəsəbəsinin bir hissəsi artıq itirilib. Əsgərlər səssizcə qaçırlar. Bu, biabırçılıqdır”.

Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Gerasimovu qoşun toplamaq üçün cəbhəyə gəlməyə çağırıb.

"Gəlin, bunu edə bilərsiniz. Edə bilməsəniz, qəhrəman kimi ölərsiniz”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR