Onlayn ictimai-siyasi qəzet
İsveçrənin Sürix şəhərində amerikalı müğənni Teylor Sviftin konserti seysmik aktivliyə səbəb olub.
Musavat.com unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.
Seysmoloqların məlumatına görə, iyulun 9-da Teylor Sviftin Sürixdə konserti zamanı seysmik titrəyişlər qeydə alınıb.
"Konsert tamaşaçılarının yaratdığı titrəyişlər Letziqrund stadionunun ətrafında altı kilometrə qədər məsafədə yerləşən səkkiz seysmik şəbəkə stansiyasında görünür", - xidmətin saytındakı məlumatda deyilir.
Qeyd edilib ki, konsert zamanı stadionda 50 min insan olub.
İyun ayında amerikalı müğənninin konsertləri Şotlandiyanın Edinburq şəhərində də kiçik zəlzələlərə səbəb olmuşdu.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ