İnsanlara hürriyət, millətlərə istiqlal!

"Müəllim çatışmazlığı problemimiz yoxdur" -Nazir

"Ümumən məktəblərimizdə işləyən 80 faiz müəllimlərimizin minimal biliklərlə bağlı problemi yoxdur. 10-12 faiz müəllimləri təkmilləşdirməyi düşünürük. Onları maksimal yox, minimal səviyyəyə çatdırmağı planlayırıq".

Musavat.com-un məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, son illər ərzində MİQ balları ilə sertifikasiya balları arasında əlaqə var: "Yaxşı xəbər odur ki, MİQ imtahanı ilə işə başlayan potensiallı gənc müəllimlərimiz var. Müəllim çatışmazlığı problemimiz yoxdur. Güzgüdə olan reallıqla kənarda olan reallıq bunu göstərir. Bu günün ağrısı ilə gələcəyin ağrısı arasında balanslaşdırma olmalıdır. Bölgələr arasında fərqlər var. Çalışmalıyıq ki, bu nəticələri yaxşılaşdıraq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR