İnsanlara hürriyət, millətlərə istiqlal!

Movses Akopyan: “Qarabağın təslim olmasına Nikol Paşinyan imza atıb”

“Qarabağın (separatçıların-red.) təslim olmasında Nikol Paşinyan imzası var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının keçmiş rəisi Movses Akopyan tərəfindən yerli mətbuata müsahibəsində səslənib.
Onun fikrincə, Ermənistanın bu hala düşməsinin əsas səbəbi 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyidir.

-Yəni inqilab olmasaydı, Qarabağın itirilməsinin qarşısını almaq olardı?

- Məncə, bəli. Hakimiyyət dəyişikliyi olmamalı idi. Burada min bir təfərrüat var, əgər lider ölkəni məhvə aparırsa, belə olur. O ki qaldı hansı səhvlərə yol verib, kimlər edib, bütün bunları indi təhlil edə bilmərəm. Mən dəfələrlə səhvlərdən danışmışam.

Akopyan Qarabağda bir sıra keçmiş “məmur” və “komandirlər”in həbsinin gözlənilən olduğunu bildirib.

- “Gələcəkdə danışıqlar yolu ilə "artsaxı" (ermənilərin Qarabağdakı qondarma rejimə qoyduqları uydurma adı-red.) qaytara biləcəyimizə dair ilkin şərtləri görürsünüzmü?”,-deyə jurnalist növbəti sualı ünvanlayıb.

-Mən xəyallarla yaşamıram. Dünya alt-üst olsa belə, itirdinsə itirmisən, vəssalam”, -deyə erməni general cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR