İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəza zamanı 19 yaşlı nişanlı qız öldü- Sakinlər yolu bağladı -VİDEO

Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, dünən günorta saatlarında “KamAZ” markalı yük maşını yolu keçən 19 yaşlı qızı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Şahidlərin bildirdiyinə görə qəsəbə sakini olan qız nişanlı imiş.

Bundan sonra bir qrup qəsəbə sakini etiraz olaraq yolu bağlayıblar. Sakinlər bildirib ki, hadisə baş verən ərazidə son bir ayda piyada ölümü ilə nəticələnən üçüncü qəzadır baş verir.

Narazı sakinlər qeyd ediblər ki, ərazidə piyada nişanı olsa da asfalta piyada zolağı çəkilməyib. Nişana diqqət etməyən sürücülər yüksək sürətlə hərəkət edir və qəzalar baş verir.

Ərazidə işıqforun və işıqlandırmanın olmaması da sakinləri narahat edən məsələdir. Sakinlər bildirir ki, axşam saatlarında yolu keçmək daha təhlükəli olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR