İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu: "Ermənistanın xarici işlər naziri ilə görüş səmərəli keçdi"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü müsbət qiymətləndirib.

“Report” xəbər verir ki, o, görüşün səmərəli keçdiyini bildirib.

M.Çavuşoğlu, həmçinin Azərbaycanın Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpasını dəstəklədiyini bildirib.

XİN başçılarının görüşü mətbuata qapalı baş tutub. Diplomatlar ikitərəfli əlaqələrin inkişafı və digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu gün Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bundan başqa, A.Mirzoyan Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla da bir araya gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR