İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Qərbə SƏRT İTTİHAM: “Cənubi Qafqazda sülh istəmirlər”

Son günlərdə Ermənistanla Azərbaycan arasında baş verən sərhəd atışması daha geniş geosiyasi müstəviyə daşınıb.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sərt açıqlama verərək Qərbi və xüsusilə Avropa İttifaqının Ermənistandakı fəaliyyətini hədəf alıb. Onun sözlərinə görə, baş verən atışma “Cənubi Qafqaza sülh gətirmək əvəzinə, bölgədə gərginliyi artıran  xarici qüvvələrin” fəaliyyətinin nəticəsidir.

Zaxarova bildirib ki, Avropa İttifaqının Ermənistan missiyası ilk növbədə Fransanın təşəbbüsü ilə həyata keçirilir və əsas məqsəd bölgədə gərginliyi qoruyub-saxlamaqla geosiyasi maraqlarını təmin etməkdir:

“Onlar Ermənistana deyil, birbaşa Brüsselə hesabat verirlər. Fransızlar ATƏT-in Minsk qrupunun işini sabotaj edib və onun dağılmasına səbəb olan əsas qüvvədir.”

O, Avropa İttifaqı nümayəndələrinin bölgədə monitorinq adı altında casusluq fəaliyyəti ilə məşğul olduqlarını iddia edib:

“Bunlar əslində monitorinqçilər yox, casuslardır. Onlar həm Ermənistanın daxilində, həm də qonşu dövlətlərə qarşı işləyirlər. Rəsmi olaraq NATO missiyası deyillər, amma onların tərkibində olan ölkələr – NATO üzvləridir.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR