Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyanın Moskvada saxlanıldığı barədə xəbər verilmişdi.
Həmin xəbərdə onun tezliklə Ermənistana təhvil veriləcəyi iddia olunurdu.
Qeyd edək ki, Ermənistan Prokurorluğu əvvəllər Mihran Poqosyanın ekstradisiyası tələbi ilə Rusiya tərəfinə müraciət etsə də, rədd cavabı almışdı.
Modern.az-ın məlumatına görə, "Hraparak" qəzeti Mihran Poqosyanın saxlanılma xəbərini araşdırıb. Bununla bağlı prokurorluğa sual da ümvanlanıb: Poqosyan Ermənistana ekstradisiya olunacaq, ya yox?
Ermənistan prokurorluğu xəbəri şərh etməkdən yayınıb. Məlum olub ki, əslində Mihran Poqosyan ötən həftə yalnız yol polisi ilə mübahisə zəminində inzibati qaydada həbs edilib, sonra sərbəst buraxılıb.
Onun Ermənistana ekstradisiya xəbəri isə uydurma olub.
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ