İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada polislər artıq zirehsiz gəzə bilməzlər, hətta...

Rusiyada, Sankt-Peterburqda Milli Qvardiyanın zabitinə hücumdan sonra Moskva polislərinə yeni silahlar verilib. Onlardan cüt-cüt gəzmək və hər yerdə bədən zirehi geyinmək tələb olunur.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” portalı məlumat yayıb.

Bundan sonra paytaxt polisləri üzərlərində yeni silah - PP2000 avtomatları ilə gəzəcəklər.

“Baza” mənbələrinin məlumatına görə, əməkdaşlardan sayıqlığı artırmaq və zirehləri çıxarmamaq xahiş olunur. Rəhbərlik polislərə hər hansı məqsəd olmadan hərəkət etməməyi, hətta tualetə belə cüt getməyi tapşırıb.

Qeyd edək ki, son gəlişmə 50 yaşlı Tiqran Xaçikyanın hücumu ilə bağlıdır. Bu ilin fevral ayının 24-də səhər saatlarında o, “Qostini Dvor” metrosu ərazisində Milli Qvardiyanın zabitinə iki dəfə atəş açıb. Onun üzərindən iki tapança, bir travma, iki Molotov kokteyli və bir xəncər götürülüb. Daha sonra dindirmə zamanı Xaçikyan Milli Qvardiyaçıya atəş açmağı planlaşdırmadığını, məqsədinin OMON maşınlarını yandırmaq olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR