Onlayn ictimai-siyasi qəzet
Bu ilin iyul ayında Moskvada “Match TV”-nin jurnalistinə hücum edərək onu zorlayan özbəklərə hökm oxunub.
Musavat.com Podrobno.uz saytına istinadlaa xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.
Məhkəmə təqsirləndirilən şəxslərdən ikisini ümumi rejimli koloniyada 9 il, üçüncünü isə 4 il müddətinə azadlıqdan məhrum edib. Sonuncu zorlamada iştirak etməyib, sadəcə, baş verənləri kənardan seyr edib. Prokuror təqsirləndirilən şəxslərin hər birinə 9,5 il həbs istəmişdi.
Xatırladaq ki, hadisə 2024-cü ilin iyul ayının əvvəlində baş verib. Evə qayıdan qızı təqib edən miqrantlar daha sonra ona hücum ediblər. Məlum olub ki, kişilər sərxoş olublar.
Musavat.com
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ