Onlayn ictimai-siyasi qəzet
Moskvaya vilayətinə edilən PUA hücumu nəticəsində ölən və yaralananlar var. Bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.
“Bu gün səhər saat 4-də Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu başlayıb. Hazırda Leninski şəhər rayonunda və Domodedovoda bir nəfərin öldüyü, üç nəfərin yaralandığı məlumdur”, - o bildirib. Moskva meri Sergey Sobyanin də 1 nəfərin öldüyünü təqsidləyib:
"Saat 05:14-də pilotsuz təyyarə qalıqlarının düşməsi nəticəsində “Miratorq” şirkətinin Domodedovodakı paylayıcı mərkəzinin ərazisində yerləşən obyektlərə ziyan dəyib. Təəssüf ki, hadisə nəticəsində şirkətin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb”.
Sobyanin Moskvaya doğru uçan 73 PUA-nın zərərsizləşdirildiyini qeyd edib.
Moskva vilayətinin Vidnoye şəhərinə edilən hücum nəticəsində biri 4 yaşlı uşaq olmaqla, 6 nəfər yaralanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva şəhəri və Moskva vilayəti üzərində 91 PUA zərərsizləşdirilib. Bu, 2025-ci ildən bəri Moskva şəhəri və Moskva vilayətinə edilən ən böyük hücumdur.
Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 69 pilotsuz uçan aparatı vurub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri indiyədək Moskvaya doğru uçan düşmənin 69 pilotsuz təyyarəsini vurub", - Sobyanin Telegram kanalında deyib.
Səlahiyyətlilər və Telegram kanallarının məlumatına görə, evlərə və avtomobillərə ziyan dəyib.
Belə ki, bir pilotsuz təyyarə Ramenskoyedə çoxmərtəbəli binaya çırpılıb. Ən üst mərtəbədəki mənzildə yanğın başlayıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Bundan başqa, Vidnoyedə bir neçə çoxmərtəbəli binaya da ziyan dəyib. Binalardan birinin dam örtüyü sındırılıb.
Pilotsuz təyyarələrdən biri Vısoki Bereq kottec kəndində fərdi yaşayış evinin üzərinə düşüb, digəri isə Moskvanın Domodedovskaya küçəsindəki çoxmərtəbəli binaya ziyan vurub.
Bundan əlavə, PUA-nın dağıntıları Domodedovo dəmir yolu stansiyasının ərazisinə düşərək yolun bir hissəsini zədələyib.
Domodedovonun rəhbəri Yevgeniya Xrustalevanın sözlərinə görə, Ukrayna pilotsuz təyyarələrinin hücumu səbəbindən Domodedovo dəmir yolu vağzalından Moskvaya və regiona doğru qatarların hərəkəti məhdudlaşdırılıb.
Onun sözlərinə görə, yanğın Domodedovo şəhər rayonundakı Miratorq dayanacağında pilotsuz təyyarənin hücumu nəticəsində baş verib.
Mətbuat orada böyük yanğının başladığını yazır. 20-dən çox avtomobilə ziyan dəyib.
“Rosaviatsia”nın verdiyi məlumata görə, Moskvanın Şeremetyevo hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ