İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva susur: Putin qəzada ölənlərə kompensasiya ödəmək istəmir

Siyasi təhlilçi Elxan Şahinoğlu Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı Rusiyanı ikinci dəfə açıq şəkildə ittiham etməsinə diqqət çəkib.

O yazır ki, Prezident Rusiyadan kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq tələb etsə də, Kreml susur və heç bir addım atmır.

ELXAN SON.jpg (74 KB)

Musavat.com bildirir ki, Şahinoğlunun fikrincə, Rusiya məsuliyyəti öz üzərinə götürmək əvəzinə, nəzarət etdiyi media vasitələrini Azərbaycan əleyhinə təbliğata yönəldib. Eyni zamanda, İranın mühafizəkar dairələri də təyyarə qəzasından sonra Azərbaycana qarşı təbliğat kampaniyasına başlayıblar.

Ekspert hesab edir ki, Moskva və Tehran birlikdə Azərbaycan və Türkiyəyə təzyiq göstərməyə çalışırlar.

İran prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Moskvaya planlaşdırılan səfəri də diqqət mərkəzindədir. Səfər zamanı Rusiya və İran arasında strateji əməkdaşlıq haqqında yeni saziş imzalanacaq.

Elxan Şahinoğlu bildirir ki, bu iki ölkə təkcə Qərbə qarşı deyil, həm də müstəqil siyasət aparan qonşu dövlətlərə qarşı birgə fəaliyyət göstərirlər.

Ekspert xəbərdarlıq edir ki, əgər Rusiya təyyarə qəzası ilə bağlı məsuliyyəti qəbul etməsə və kompensasiya ödəməsə, Azərbaycanla münasibətlər daha da gərginləşə bilər. Eyni zamanda, İranın təzyiqləri davam edərsə, Azərbaycan üçün Türkiyə ilə əməkdaşlığı daha da gücləndirmək zərurəti yaranacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR