İnsanlara hürriyət, millətlərə istiqlal!

Morgan Stanley: FED uçot dərəcəsini yenidən artıracaq...

Nüfuzlu Morgan Stanley Bankının analitikləri ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) uçot dərəcəsi siyasətinə dair proqnozlarında dəyişiklik edib. Dəyişikliyə səbəb FED rəhbəri Cerom Pauellin Senatdakı müzakirələr zamanı 2023-cü ilin sonunadək uçot dərəcəsinin iki dəfə də artırılacağına dair dedikləridir.

Bank ekspertləri bundan əvvəlki proqnozlarında FED-un ilin sonunadək uçot dərəcəsini sabit saxlayacağını proqnozlaşdırmışdılar.
Lakin Pauellin çıxışından sonra iyulun 25-26-da keçiriləcək iclasda uçot dərəcəsinin 25 faiz bəndi artırılacağını gözləyirlər.

Qeyd edək ki, may ayında ABŞ-da illik inflyasiya 4 faizədək azalıb. Lakin bu, FED-in hədəf göstəricisi olan 2 faizdən ikiqat artıqdır. İyunda FED uçot dərəcəsini 5-5.25 faiz olaraq dəyişməz saxlayıb. FED rəhbərliyi hesab edir ki, ilin sonunadək bu göstəricinin 5,6 faizədək artırılmasına ehtiyac var.

Onu da bildirək ki, ABŞ-da uçot dərəcəsinin artırılması proqnozları neft bazarında qiymətlərin 73 dollar civarına qədər ucuzlaşmasına səbəb olub. Neft bazarı həmçinin Çində bərpa prosesinin gözlənildiyindən daha ləng getməsinin mənfi təsirindədir. Bu iki faktorun fonunda ABŞ-da neft ehtiyatlarının azalmasına dair məlumat da bazarda qiymətlərin artmasına gətirib çıxarmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR