Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq reytinq agentliyi “Moody's” Azərbaycan hökumətinin kredit reytinqini Ba1 səviyyəsində təsdiqləyərək, proqnozu sabitdən müsbətə dəyişib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Agentlik sülh danışıqlarının davam etməsinə baxmayaraq Ermənistanla münasibətlərin çətin qalacağını gözlədiyini ifadə edib. “Moody's” iki ölkə arasında iqtisadi inteqrasiya və ya ortaq geosiyasi maraqlar olmadığı təqdirdə geosiyasi gərginliyin yüksək səviyyədə qalacağını bildirib.
“Moody's”-a görə, münaqişənin yeni eskalasiyası riskləri qalmaqdadır.
“Hər iki tərəf öz hərbi imkanlarını artırmağa davam edir, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar davam edir, bu da hərbi münaqişənin yeni alovlanma ehtimalının qalması deməkdir”, - deyə agentlik qeyd edir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ