Onlayn ictimai-siyasi qəzet
Monteneqronun Baş naziri Miloiko Spajigin Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəvi şəkildə həlak olduğu xəbəri bizi sarsıtdı. Monteneqro hökuməti və şəxsən öz adımdan sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Fikir və rəğbətimiz dost Azərbaycan xalqı və bu faciədən zərər çəkmiş bütün insanlarladır".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ