Onlayn ictimai-siyasi qəzet
Monteneqroda martın 19-da keçirilən növbəti prezident seçkilərində namizədlərdən heç biri mütləq səs çoxluğunu əldə edə bilməyib.
AZƏRTAC xəbər verir ki, seçkidə seçici fəallığı 63 faizi ötüb, indiyədək səslərin 99 faizdən çoxu sayılıb.
Ölkənin 8-ci prezidenti olmaq uğrunda yarışan yeddi namizəddən ikisi - səslərin 35 faizini toplayan hazırki Prezident, Monteneqro Sosialistlər Demokratik Partiyasının sədri Milo Cukanoviç və 29 faizdən çox səs yığan Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçkinin ikinci turunda mübarizə aparacaqlar.
Səsvermədə ikinci tur aprelin 2-də keçiriləcək.
09 Oktyabr 2024
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ