İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejiminin insan haqlarını pozan siyasətinə xarici ekspertlərin REAKSİYASI

Tviterin xarici seqmentində molla rejiminin insan haqlarını pozan siyasəti ilə bağlı müxtəlif təşkilat üzvləri, tanınmış ictimai şəxslər tərəfindən paylaşımlar davam edir.

Musavat.com onlardan bir qismini təqdim edir:

“Human Rights Watch” təşkilatının əməkdaşı Lotte Leyx: “CNN" kanalının araşdırması İranda rejimin müxaliflərə geniş miqyasda işgəncə vermək üçün istifadə etdiyi qeyri-qanuni saytlar şəbəkəsini üzə çıxarıb. Sübutlar toplanır və bu qəddar cinayətlərə görə məsul olan hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir”;

Amerikalı təhlilçi Maykl Doran: “Aydındır ki, iranlılar Obamanı öz tərəflərinə çəkmək üçün böyük bir oyuna əl atırlar”;

İranlı jurnalist Qazel Şarmahd: “Bir alman vətəndaşının ölüm hökmü alaraq bütün hüquqlarından məhrum edilməsindən bir həftə sonra BMT İnsan Hüquqları Şurası atamın oğrularını “insan hüquqlarının müdafiəsi” haqqında danışmağa dəvət edir!!! Hamınız dəli olmuşsunuz?”

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Aİ-nin sanksiya paketində ikili təyinatlı mallar da hədəfə alınıb və onlara, xüsusən də yeddi müəssisəyə daha sərt ixrac məhdudiyyətləri tətbiq edilib. Kütləvi qırğın silahları ilə bağlı İrandakı bu qurumlardan bəzilərinə qarşı Birgə Hərtərəfli Fəaliyyət Planı Sazişi çərçivəsində tətbiq olunan sanksiyaların 2023-cü ilin oktyabrında aradan qaldırılması planlaşdırılır”;

“İndi də söz-söhbət gəzir ki, İranın birinci vitse-prezidenti Məhəmməd Möhbəri Pərviz Fəttah əvəz edə bilər. Xamenei ilə əlaqələrini nəzərə alsaq, Rəisi, çox güman ki, təkbaşına Möhbəri vəzifədən uzaqlaşdıra bilməz. Həmçinin birinci vitse-prezidentin cəmisi təqribən 2 ildən sonra dəyişdirilməsi gözlənilməz addım olardı”;

“SEPAH-Hava Qüvvələrinin komandiri, güman ki, SEPAH terrorçularına qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq, "ümid edirik ki, avropalılar bu hörmətə layiq olduqlarını göstərəcəklər", - deyə hədələyir. Tehran Aİ-yə namizəd ölkə Ukraynaya qarşı hərbi cinayətlərə görə Rusiyanı silahlandırmaqla artıq böyük hörmətsizlik nümayiş etdirib”;

“Heç girovları, terror planlarını demirəm. Bu siyahını hələ çox uzatmaq olar. Bu təhdid əvvəllər də müxtəlif kontekstlərdə edilib. Xamenei bir dəfə demişdi ki, o, SEPAH-ın raketlərin uçuş məsafəsini 4-5 min km-ə qədər artırmaq barədə tələblərini rədd edib”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR