İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejiminin cəlladları 39 yaşlı Qaşqay türkünü qətlə yetirib-foto

İranda hökumət məmurları etnik kökəncə Qaşqay türkü İsa Roşəndil Doğanlı adlı gənci öldürüblər.

Musavat.com Gunaz.tv-yə istinadən bildirir ki, bu barədə Qaşqay fəalları məlumat yayıb. Məlumata görə, Buşehr əyalətində 8 nəfər hökumət məmuru qaşqay türklərinin yaylaq və otlaq ərazilərini təftiş adı ilə bölgəyə gedib, İsa Roşəndil Doğanlının yenicə tikdiyi evi sökmək istəyiblər.

Bağlama Bulağı adlı yurd yerində silahlı məmurlar tərəfindən evinin sökülməsinə etiraz edən qaşqay gəncə atəş açılıb. Qaşqay gənc qan itirmədən dünyasını dəyişib.

39 yaşlı İsa Roşəndil Doğanlı iki uşaq atasıdır.

Qeyd olunub  ki, son vaxtlar Qaşqay türklərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir.

Son il ərzində İsfahanın Səmirom bölgəsində də Qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.
İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR