Onlayn ictimai-siyasi qəzet
İran ölkədə məcburi hicab qanunlarını pozan qadınlara səyahət qadağası və dövlət işçilərini işdən çıxara bilər.
Musavat.com xəbər verir ki, bu barədə “The New Arab” məlumat yayıb. Məlumatda bildirilib ki, hakimiyyət orqanları qanunu həyata keçirmək üçün müşahidə texnologiyasından da istifadə edəcək, hicabsız qadınları tutmaq üçün taksilərə, kafelərə və digər ictimai yerlərə nəzarət edəcək.
Saç örtüyü olmayan qadınları qəbul edən mağazalar cərimələnəcək.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ