İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovalı deputat: “Bunların həlli Rusiyanın Ukraynada məğlubiyyətindən keçir"

 

Moldova parlamentinin deputatı Oazu Nantoinin sözlərinə görə, Dnestryanıdakı münaqişənin güc yolu ilə həlli mümkün deyil və əsas real çıxış yolu Vladimir Putinin Ukraynada hərbi məğlubiyyətidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Moldova siyasətçisi bu barədə fikirlərini Ukraynanın “Avropa həqiqəti” saytına verdiyi müsahibəsi zamanı deyib.

Oazu Nantoya görə, fevralın 24-dən sonra da Dnestryanı ilə məsələnin güc yolu ilə həlli mümkün görünmür və Moldova cəmiyyətinin özü də savaş əhval-ruhiyyəsində deyil.

“Burada çoxlu komponentlər var – vətəndaşlıq, biznes, şəxsi əlaqələr, qohumluq münasibətləri... Ona görə hansısa Hollivud ssenarilərinə ehtiyac yoxdur”,-deyə o bildirib.

Deputatın sözlərinə görə, Moldova cəmiyyəti Dnestryanını artıq unudub və bu məsələ rəy sorğularında insanları narahat edən problemlər arasında yalnız sonuncular sırasında xatırlanır.

“Münaqişənin həllinin əsas yolu və Moldova Respublikası üçün təhlükəsizliyin əsas təminatı Putin rejiminin Ukraynada hərbi məğlubiyyətə uğramasından keçir”, - deyə deputat söyləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR