İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada etiraz aksiyası keçirilib, saxlananlar var

Moldovanın paytaxtı Kişinyovda etiraz aksiyası zamanı polis 80-dən çox adamı həbs edib.

APA-nın xəbərinə görə, bu barədə aksiyanın təşkilatçıları məlumat veriblər.

Qiymət artımına etiraz edənlər Moldova Elmlər Akademiyasının binası qarşısına yığışaraq Kişinyovun baş meydanına doğru hərəkət etmək istəyiblər. Polis onlardan marşrutu dəyişməyi tələb etsə də, aksiyaçılar müvafiq icazələrinin olduğunu bildiriblər.

Polis aksiyaya müdaxilə edərək 80-dən çox adamı saxlayıb. Onların arasında 2 mer və 1 partiya sədri də var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR