İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir

Moldova Azərbaycanın SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri İqor Qrosu “TVR Moldova”nın efirində deyib.

“Bu sazişə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya keçəcək. Bu, Moldovanın onu satın almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik”, - İ. Qrosu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR