İnsanlara hürriyət, millətlərə istiqlal!

"Möhtəşəm illərdən birini yaşadıq" -Qara Qarayev

"Qarabağ"ın vitse-kapitanı Qara Qarayev 2022-2023 mövsümünün geridə qalan ilk yarısını dəyərləndirib.

Qol.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında növbəti ildə də uğurlar qazanacaqlarına inandığını qeyd edib:

"2022/2023 mövsümünün ilk yarısı başa çatdı. Bu il azarkeşlərimizin böyük dəstəyilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir. İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq. Dəstəyiniz üçün təşəkkürlər!"

Qeyd edək ki, "Qarabağ" qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. Ağdam klubu ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR