İnsanlara hürriyət, millətlərə istiqlal!

MMA döyüşçüsü rəqibin qulağını qopardı

Qarışıq üslubda (MMA) braziliyalı döyüşçü Vinisius Kruz Sankt-Peterburqda keçirilən "Absolute Championship Akhmat" turnirində Qırğızıstan təmsilçisi Edil Esenqulovla döyüşdə zədələnib.

Musavat.com lent.az-a istinadən bildirir ki, Esenqulov dördüncü raundda braziliyalının başına dirsəklə zərbə vurub. Bundan sonra Kruzun qulağının bir hissəsi qopub. Hakim döyüşü dayandırıb və Esenqulovun texniki nokautla qələbəsini qeydə alıb.

Təşkilatçıların sözlərinə görə, zərərçəkənə dərhal tibbi yardım göstərilib. Onun səhhəti üçün təhlükə yoxdur.

Qələbə sayəsində Esenqulov yarım ağır çəki dərəcəsində promosyonun Qran Prisinin yarımfinalına yüksəlib. O, bu mərhələdə rusiyalı Abubakar Vaqaevlə görüşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR