Onlayn ictimai-siyasi qəzet
Suriyada Bəşər Əsəd rejimini devirən “Heyət Tahrir əş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd Əl-Culaninin Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının avtomobilini idarə etməsi böyük maraq doğurub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hadisə ilə bağlı görüntülər sosial mediada geniş yayılıb və beynəlxalq arenada müzakirələrə səbəb olub.
Bildirilib ki, İbrahim Kalın ötən gün tarixi Əməvilər məscidində namaz qılıb və məsciddən çıxarkən izdihamla qarşılanıb. Onun səfəri Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən müşayiət olunub.
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ