İnsanlara hürriyət, millətlərə istiqlal!

Mişustin 7 nazir müavinini təsdiqlədi - onların arasında bir erməni də var

Rusiyanın baş naziri Mixail Mişustin 7 nazir müavini təyin edib.

Musavat.com xəbər verir ki, hökumətin müvafiq sərəncamları hüquqi informasiya portalında dərc olunur.

Həmin sərəncamlara əsasən, Müdafiə Nazirliyinə keçən Leonid Qorninin yerinə maliyyə nazirinin müavini İrina Okladnikova nazirin birinci müavini təyin olunub.

Nəqliyyat nazirinin müavini Valentin İvanov Roman Starovoitovun birinci müavini vəzifəsinə keçib.

Rusiya Dəmir Yollarının baş direktorunun müavini Aleksey Şilo və "Rosavtodor" rəhbərinin müavini Viktor Timofeyev nəqliyyat nazirinin müavini təyin ediliblər.

Xabarovsk diyarının keçmiş vitse-qubernatoru Mher Qandilyan idman nazirinin müavini vəzifəsinə gətirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR