İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir kurortunda köpək balığı qızın qolunu gəmirib

Misirdə köpək balığı turizm şəhəri Dahabda çimərlikdə qıza hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə şahidlərinin sosial şəbəkələrdə verdiyi məlumata görə, turist qız yaşadığı otelin yaxınlığındakı çimərlikdə çimirmiş. Zərərçəkmiş huşsuz halda sahilə çıxarılaraq xəstəxanaya çatdırılıb. Yırtıcının hücumundan sonra o, qolsuz qalıb.

Hadisədən sonra istirahət edənlərə dənizdə çimmək qadağan edilib. Qayıqlar sahili araşdırır və adamyeyən köpək balığını axtarır.

Onu da əlavə edək ki, bu, Misirdə son 3 ayda ikinci dəfədir ki, köpək balığının insana hücum etməsidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR